525.Az

Fransada məsciddə yanğın


 

Fransada məsciddə yanğın<b style="color:red"></b>

Fransanın Qrenobl şəhərinin Saint-Bruno məhəlləsindəki məsciddə yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, polis məscidin qəsdən yandırılmasından şübhələnir. Bu səbəbdən də hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Yanğın məscidin ayaqqabı anbarında başlayıb. Yanğınsöndürənlər gələnə qədər yerli sakinlər yanğını söndürməyə çalışıblar. Nəticədə tüstüdən zərər çəkən 1 nəfər xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, son vaxtlar Fransada müsəlmanlara qarşı nifrət və hücumlar artıb.

İbrahim Cəfərov

 





17.12.2025    çap et  çap et