525.Az

ABŞ Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar hazırlayır- Bloomberg


 

ABŞ Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar hazırlayır- <b style="color:red"> Bloomberg</b>

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar hazırlayır.

525.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinə görə, Ağ Ev bununla ABŞ-ın hazırladığı sülh planından imtina edəcəyi təqdirdə Rusiya prezidenti Vladimir Putinə təzyiqi artırmağa çalışır.

Yeni sanksiyalar artıq gələn həftənin əvvəlində tətbiq oluna bilər. Bu sanksiyaların enerji sektoruna, o cümlədən "kölgə donanmasına" və hətta Rusiya neftinin tədarükündə iştirak edən vasitəçilərə tətbiq ediləcəyi gözlənilir. Məlumata görə, sanksiyalarla bağlı son qərarı ABŞ prezidenti Donald Tramp verəcək.

Pərvanə Sultanova

 





17.12.2025    çap et  çap et