525.Az

“Sumqayıt” qış hazırlıq planını açıqladı


 

“Sumqayıt” qış hazırlıq planını açıqladı<b style="color:red"></b>

“Sumqayıt” klubunun qış hazırlıq planları bəlli olub.

525.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Belə ki, Saşa İliçin yetirmələri dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.

Komanda yanvar ayının 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yanvarın 3-dan 17-dək Lara bölgəsində yerləşən “Limak” otelində məskunlaşacaq “Sumqayıt” klubu bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Klub 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunları keçirəcək.

 





17.12.2025    çap et  çap et