525.Az

"Barselona"nın futbolçusu dünyasını dəyişdi


 

"Barselona"nın futbolçusu dünyasını dəyişdi<b style="color:red"></b>

Ekvadorun "Barselona" klubunun müdafiəçisi Mario Pineyda dünyasını dəyişib.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial mediada məlumat yayıb.

Futbolçu hücuma məruz qaldıqdan sonra 33 yaşında vəfat edib. Ekvador mediası oyunçu ilə birlikdə onun həyat yoldaşının da öldüyünü vurğulayır. Marionun anası isə yaralanıb.

Pineyda 2016-cı ildən bəri "Barselona"nın formasını geyinirdi. O, klubla 2 dəfə Ekvador çempionluğunu və 1 dəfə Ekvador kubokunu qazanıb. O, karyerası ərzində Ekvadorun "İndependiente del Valle" və "Nacional" komandalarında, eləcə də Braziliya "Fluminense"sində oynayıb.

 





18.12.2025    çap et  çap et