525.Az

Şahruddin Almaniyada əməliyyat olundu


 

Şahruddin Almaniyada əməliyyat olundu<b style="color:red"></b>

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.

525.az xəbər verir ki, bu barədə Azərbaycan millisinin rəsmi Feysbuk səhifəsi məlumat yayıb.

31 yaşlı qolkiper sol bud oynağından uğurlu əməliyyat keçirib.

Futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.

 





18.12.2025    çap et  çap et