525.Az

“Aİ-nin Ermənistana seçkilərdə kömək vədi səmimi etirafdır” - Lavrov


 

“Aİ-nin Ermənistana seçkilərdə kömək vədi səmimi etirafdır” - <b style="color:red"> Lavrov</b>

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Moldovada olduğu kimi Ermənistana da seçkilərlə bağlı kömək edəcəyinə dair açıqlamasını səmimi etiraf adlandırıb.

525.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Bu yaxınlarda Aİ-nin ali nümayəndəsi Kaya Kallas açıq şəkildə söz verdi ki, Moldovada olduğu kimi, Ermənistana da zərərli xarici müdaxilə ilə mübarizədə kömək edəcəklər. Bu, səmimi etirafdır, günahın boynuna alınmasıdır”, - Lavrov deyib.

Pərvanə Sultanova

 





18.12.2025    çap et  çap et