525.Az

Odessada sakinlər yolu bağladılar


 

Odessada sakinlər yolu bağladılar<b style="color:red"></b>

Odessada yerli sakinlər şəhərin küçələrindən birini bağlayıblar.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, buna səbəb şəhərin 1 həftəyə yaxındır ki, elektrik enerjisiz qalmasıdır.

Etirazçılar yerli hakimiyyət orqanlarından qısa zamanda elektrik enerjisinin bərpasını tələb ediblər.

Qeyd edək ki, bir sıra obyektlərdə, o cümlədən, elektrik şəbəkələrində törədilmiş partlayışlardan sonra srağagün Odessa vilayətində dövlət səviyyəsində fövqəladə vəziyyət elan olunub. Şəhərin özündə isə dekabrın 13-dən etibarən elektrik enerjisi və istiliyin verilməsində ciddi problemlər var.

L.Tağıyeva

 





18.12.2025    çap et  çap et