525.Az

Hindistanda fillər kəndə hücum edib - 4 nəfər ölüb


 

Hindistanda fillər kəndə hücum edib - <b style="color:red"> 4 nəfər ölüb</b>

Hindistanın Carkhand əyalətinin Ramqarh şəhərində 42 fil sürüsü kəndə hücum edib.

525.az xəbər verir ki, bu barədə “New Indian Express” qəzeti məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, sakinlər onlarla şəkil çəkdirmək üçün yol kənarında dincələn fil sürüsünə yaxınlaşıblar. Fillərdən biri ona çox yaxınlaşan 33 yaşlı kişini tapdalayaraq öldürüb.

Həmin fil sürüsü gecə başqa kəndə daxil olub. Fillərin yüksək səslərindən qorxan sakinlər evlərini tərk etməyə başlayıblar. Xaosda 40 və 45 yaşlı iki qadın fillər tərəfindən tapdalanaraq öldürülüb. Daha sonra fil sürüsünün hücumuna məruz qalan 35 yaşlı motosikletçi də ölüb.

Kənddə xəsarət alanların olduğu, eləcə də evlərə ziyan dəydiyi bildirilib.

İbrahim Cəfərov

 





18.12.2025    çap et  çap et