525.Az

ABŞ-də təyyarə qəzası - ölənlər var


 

ABŞ-də təyyarə qəzası - <b style="color:red"> ölənlər var</b>

ABŞ-nin Şimali Karolina ştatında təyyarə hava limanına eniş edərkən qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbəer verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, “Cessna 550” biznes təyyarəsi Stateville hava limanına eniş zamanı qəzaya uğrayıb.

Mediada yayılan görüntülərdə uçuş-enmə zolağından alovların yüksəldiyi və hadisə yerinə ilk müdaxilə edənlərin gəldiyi görünür.

Səlahiyyətlilər qəzada birdən çox adamın öldüyünü təsdiqləsələr də, ölən və ya yaralananların sayı barədə hələlik rəqəmlər rəsmi açıqlama verilməyib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

İbrahim Cəfərov

 





19.12.2025    çap et  çap et