525.Az

“ABŞ və Venesuela arasında problemlər beynəlxalq hüquq əsasında həll edilməlidir” - Rusiya XİN


 

“ABŞ və Venesuela arasında problemlər beynəlxalq hüquq əsasında həll edilməlidir” - <b style="color:red"> Rusiya XİN</b>

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ və Venesuela arasındakı problemlərə münasibət bildirib.

525.az xarici KİV-ə istinadən Rusiya XİN tərəflər arasında dialoqun yaxşılaşdırılmasının vacibliyini vurğulayaraq, mövcud vəziyyətin beynəlxalq hüquq çərçivəsində həll edilməli olduğunu bildirib.

Bəyanatda Tramp administrasiyasına böyük səhvə yol verməmək barədə xəbərdarlıq edilib və Qərb yarımkürəsi üçün gözlənilməz nəticələrə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırılıb.

Bəyanatda Latın Amerikası və Karib hövzəsinin dinc və sabit bölgə olaraq qalmalı olduğu vurğulanıb və Rusiyanın Venesuela xalqı və hökumətinə dəstəyi bir daha vurğulanıb.

İbrahim Cəfərov

 





19.12.2025    çap et  çap et