525.Az

“İsrailin raketləri bizimkindən daha güclü idi” - Pezeşkiandan etiraf


 

“İsrailin raketləri bizimkindən daha güclü idi” - <b style="color:red"> Pezeşkiandan etiraf</b>

İran prezidenti Məsud Pezeşkian Cənubi Xorasanda keçirilən “Təhsildə Ədalətin İnkişafı Hərəkatı” toplantısında çıxış edib.

525.az xəbər verir ki, bu bardə İranın rəsmi agentliyi İRNA məlumat yayıb.

M.Pezeşkian çıxışı zaman İsraillə 12 günlük münaqişə ilə bağlı da danışıb.

“Onların (İsrailin) ​​raketləri bizimkindən daha dəqiq, sayca və güclü idi, lakin xalqımız düşməni ümidsizliyə sürüklədi”, - deyə İran prezidenti etiraf edib.

Pezeşkian münaqişə zamanı İran xalqının qətiyyətli mövqeyini vurğulayıb:

“Düşmən ölkəmizi parçalamağa hazır idi, lakin xalqın gücü onların məğlubiyyətinə səbəb oldu”.

Xalqla həmrəyliyin vacibliyini vurğulayan Pezeşkian fikrini belə tamamlayıb:

“İnsanlara kömək etmək üçün həssaslıqla hərəkət etsək və mövcud şəraitdə dəyişiklik yaratmaq istəsək, mütləq bir çıxış yolu tapacağıq. Amma Parlamentin qərarını və hökumətin hərəkətini gözləsək, heç bir yerə çatmayacağıq”.

İbrahim Cəfərov

 





19.12.2025    çap et  çap et