525.Az

Sudanda PUA hücumu - 2 ölü


 

Sudanda PUA hücumu - <b style="color:red"> 2 ölü</b>

Sudanın şimalındakı Nil çayı əyalətinin Atbara şəhərində elektrik stansiyasına pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücum edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Sudan Elektrik Şirkəti hücumda iki mülki müdafiə əməkdaşının öldüyünü açıqlayıb.

Bildirilib ki, PUA-lar xüsusi olaraq enerji təchizatı transformatorlarını hədəf alıb.

Hücum nəticəsində transformatorlara ziyan dəydiyi üçün təkcə Atbarada deyil, ətraf ştatlarda da elektrik enerjisi tamamilə kəsilib.

Mülki müdafiə qruplarının yanğını söndürmək üçün səy göstərdiyi və hücumun təsirlərinin müəyyən edilməsi üçün texniki araşdırmaya başlanıldığı qeyd edilib.

İbrahim Cəfərov

 





19.12.2025    çap et  çap et