525.Az

Kriptovalyuta bazarının son göstəriciləri


 

Kriptovalyuta bazarının son göstəriciləri<b style="color:red"></b>

Dekabr ayının 19-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi artıb.

525.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası son 24 saatda “CoinMarketCap” platformasında 0.27% bahalaşaraq 86 807 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 3.28% artaraq 2919 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.80% ucuzlaşıb, BNB isə 0.55% bahalaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu ilin oktyabr ayında qeydə alınıb və qiyməti 126 min dolları ötüb.

 





19.12.2025    çap et  çap et