525.Az

Əmtəə bazarlarında qızılın qiyməti enib


 

Əmtəə bazarlarında qızılın qiyməti enib<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,3% azalaraq 4 351,4 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 0,55% artaraq 65,57 ABŞ dolları olub.

 





19.12.2025    çap et  çap et