“Qeyri-sabitlik dövründə ən etibarlı aktiv qızıl hesab olunur. Qızıl investisiya baxımından da təhlükəsiz yatırımdır”.
Bunu millət vəkili Vüqar Bayramov 525.az-a deyib. Onun sözlərinə görə, investisiya olaraq qızıla müəyyən balanslı şəkildə sərmayə qoymaq məqsədəuyğundur:
“2025-ci ilin əvvəllərindən etibarən qızıl bazarında böyük investisiya müşahidə olunur. Hazırda nisbətən investisiya həcmində azalmalar var. Yenə də investorların bir qismi qızıl bazarına üstünlük verirlər”.
Sevinc Qarayeva
çap et