525.Az

Putin Rusiya aktivlərinə görə Avropaya xəbərdarlıq edib 


 

Putin Rusiya aktivlərinə görə Avropaya<b style="color:red"> xəbərdarlıq edib </b>

“Avropada dondurulmuş aktivləri müsadirə olunarsa, Rusiya öz maraqlarını məhkəmədə müdafiə edəcək”.

525.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

"Biz maraqlarımızı müdafiə edəcəyik. İlk növbədə harada? Məhkəmələrdə", - o vurğulayıb.

Putin xəbərdarlıq edib ki, Rusiya aktivlərini ələ keçirmək cəhdləri bu cür qərar verənlər üçün ciddi risklər yaradır və həmin ölkələrin maliyyə sistemlərinə inamı sarsıdır. Əlavə edib ki, oğurlanmış Rusiya vəsaitləri gec-tez geri qaytarılmalıdır.

Pərvanə Sultanova

 





19.12.2025    çap et  çap et