525.Az

MEK və İstanbul Universitetinin Mərkəzi Kitabxanası arasında nadir kitabların rəqəmsallaşdırılması müzakirə olunub


 

MEK və İstanbul Universitetinin Mərkəzi Kitabxanası arasında nadir kitabların rəqəmsallaşdırılması müzakirə olunub<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Türkiyəyə səfəri çərçivəsində İstanbul Universitetinin Mərkəzi Kitabxanasının direktoru Sonay Tahmaz Kaleci ilə görüş keçirib.

525.az-a bu barədə MEK-dən bildirilib.

Görüş zamanı MEK-in direktoru rəhbərlik etdiyi kitabxananın həyata keçirdiyi layihə və təşəbbüslər, elektron xidmətləri, beynəlxalq əlaqələri haqqında məlumat verib, həmçinin İstanbul Universitetinin kitabxanasının fondları, nadir kitabların rəqəmsallaşdırılması üzrə mövcud imkanları ilə yaxından tanış olub.

Direktor qeyd edib ki, nadir nəşrlərin rəqəmsallaşdırılması və geniş ictimaiyyətə çatdırılması istiqamətində MEK-in həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət mədəni irsin qorunmasına növbəti nümunədir.

Hüseyn Hüseynov qarşılıqlı əməkdaşlığın faydalı olacağını vurğulayaraq, nadir kitabların rəqəmsallaşdırılması üzrə İstanbul Universitetində istifadə olunan texnologiyaların MEK-də tətbiq olunmasından irəli gələn imkanlar barədə geniş müzakirələr aparıb.

İstanbul Universitetinin Mərkəzi Kitabxanasının direktoru Sonay Tahmaz Kaleci görüşdən məmnunluğunu ifadə edərək, gələcəkdə birgə əməkdaşlıq imkanlardan bəhs edib.

 





19.12.2025    çap et  çap et