525.Az

“Rusiyaya qarşı bir neçə sanksiya paketi hazırlanır” - Zelenski 


 

“Rusiyaya qarşı bir neçə sanksiya paketi hazırlanır” -<b style="color:red"> Zelenski </b>

“Prezidenti Vladimir Zelenski Ukraynaya qarşı müharibəni dəstəklədiklərinə görə ruslara və onların tərəfdaşlarına qarşı bir neçə sanksiya paketi elan edib. Yeni məhdudiyyətlər ilin sonuna qədər tətbiq olunacaq.

525.az bu barədə Ukrayna Prezidentinin Telegram kanalına istinadən məlumat verir.

"Bu ilin sonuna qədər Rusiya subyektlərinə və Rusiya təcavüzünə kömək edənlərə qarşı daha bir neçə sanksiya hazırlayırıq. Rusiya hərbi sənayesi ilə işləyən şəxslərə qarşı ən azı bir sanksiya paketi olacaq və bura təkcə Rusiyadan deyil, həm də xüsusilə Çindən olan şəxslər daxildir", - Zelenski deyib.

Onun sözlərinə görə, media vasitəsilə Rusiya təsirini təbliğ edənlərə, eləcə də idman karyeralarından və ictimaiyyətin idmana diqqətindən Rusiya təcavüzünü tərənnüm etmək üçün istifadə edən idmançılara qarşı da sanksiyalar hazırlanır.

"Biz Avropa strukturları ilə 20-ci Aİ sanksiya paketinin təfərrüatları üzərində işləyirik və əsas məqsəd Avropa sanksiyalarının Putin və onunla əlaqəli oliqarxların enerji aktivlərinə təzyiqi artırmasıdır".

Pərvanə Sultanova

 





22.12.2025    çap et  çap et