525.Az

Qəzzada ölənlərin sayı 70 937-ə çatıb


 

Qəzzada ölənlərin sayı 70 937-ə çatıb<b style="color:red"></b>

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları açıqlayıb.

525.az xəbər verir ki, son 48 saat ərzində dağıntılar altından 8 nəfərin cəsədi çıxarılıb, 4 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Bununla da atəşkəs başlayandan etibarən ümumilikdə 405 nəfər həlak olub, dağıntılar altından 649 cəsəd çıxarılıb, 1115 nəfər isə yaralanıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 70 937-ə, yaralıların sayı isə 171 192 nəfərə çatıb.

İsgəndər Həsənov

 





22.12.2025    çap et  çap et