525.Az

İndoneziyada avtobusu aşıb - 16 ölü, 18 yaralı


 

İndoneziyada avtobusu aşıb - <b style="color:red"> 16 ölü, 18 yaralı</b>

İndoneziyada dəhşətli qəza baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Cakartadan Yoqyakartaya gedən avtobus gecə yarısında idarəetməni itirərək Semarang şəhərində beton maneəyə çırpılıb və yan tərəfə aşıb.

Qəza nəticəsində 6 sərnişin hadisə yerində ölüb, 10 nəfər isə xəstəxanaya aparılarkən və ya hospitalda həyatını itirib.

Hazırda 18 yaralı xəstəxanada müalicə alır və onlardan 5-nin vəziyyəti ağırdır.

Qəza ilə bağlı araşdırma başlayıb.

İsgəndər Həsənov

 





22.12.2025    çap et  çap et