İsrail ordusu Livanın Sidon şəhəri yaxınlığında bir nəqliyyat vasitəsinə bombalı hücum həyata keçirib.
525.az xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, Sidon sahillərindən təxminən 10 kilometr məsafədə bir nəqliyyat vasitəsinə edilən hücum İsrailin pilotsuz uçuş aparatları tərəfindən həyata keçirilib. Hücum zamanı 3 nəfər həlak olub.
İsrail ordusunun açıqlamasında isə hücum zamanı Sidon bölgəsində bir neçə Hizbullah terrorçusunu hədəf alındığı bildirilib.
İbrahim Cəfərov
çap et