525.Az

İspaniya şahzadəsi kral ailəsinin adət-ənənəsini pozdu


 

İspaniya şahzadəsi kral ailəsinin adət-ənənəsini pozdu<b style="color:red"></b>

İspaniya kralı VI Felipenin böyük qızı Leonor hərbi hazırlığın son mərhələsində təlim təyyarəsini instruktorsuz havaya qaldırıb. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla 20 yaşlı şahzadə bir ilkə imza atmış olub.

Belə ki, o, təyyarəni tək idarə etməklə kral ailəsinin adət-ənənəsini də pozub. Ənənəyə görə kişi işi sayıldığı üçün kral ailəsinin qadın üzvləri tək təyyarə idarə edə bilməzlər.

Qeyd edək ki, şahzadə Leonor təkbaşına "Pilatus PC-21" təyyarəsində havaya qalxmaqla həm də babasının və atasının yolunu davam etdirmiş olub.

L.Tağıyeva

 





23.12.2025    çap et  çap et