525.Az

Maştağa qəsəbəsində bu gün işıq olmayacaq


 

Maştağa qəsəbəsində bu gün işıq olmayacaq<b style="color:red"></b>

Maştağa qəsəbəsində bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan 525.az-a verilən məlumata görə, Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 23 dekabr tarixində bir sıra 6 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:30-dan 13:30-dək Maştağa qəsəbəsinin bəzi hissələrində, eləcə də Albalılıq adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.

 





23.12.2025    çap et  çap et