525.Az

Serbiya Rusiya ilə qaz təchizatı müqaviləsini uzadıb 


 

Serbiya Rusiya ilə qaz təchizatı müqaviləsini uzadıb <b style="color:red"></b>

Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya ilə qaz təchizatı müqaviləsinin 31 mart 2026-cı ilə qədər uzadıldığını elan edib.

525.az xəbər verir ki, bu barədə Serbiya lideri jurnalistlərə bildirib.

"İnsanların rahat yata bilməsi üçün qaz təchizatını daha üç ay, 31 mart tarixinə qədər uzatmaq barədə razılığımız var. Serbiya bu qışda kifayət qədər elektrik enerjisi və kifayət qədər qaz təchizatına malik olacaq", - o bildirib.

Serbiya, “Qazprom” tərəfindən “Türk axını” boru kəməri ilə təchiz edilən Rusiya qazından çox asılıdır.

Pərvanə Sultanova

 





23.12.2025    çap et  çap et