525.Az

Paşinyan Konstitusiya İslahatları Şurasının iclasını keçirib


 

Paşinyan Konstitusiya İslahatları Şurasının iclasını keçirib<b style="color:red"></b>

Ermənistanın Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Konstitusiya İslahatları Şurasının iclası keçirilib.

525.az Armenpress-ə istinadən xəbər verir ki, iclasda şura üzvü olmayan vəzifəli şəxslər də iştirak ediblər.

Ədliyyə naziri və Konstitusiya İslahatları Şurasının sədri Srbui Qalyan hazırlanan konseptual istiqamətlər üzrə təklif olunan qaydalar barədə məlumat verib, konstitusiya quruluşunun inkişafı kontekstində onların hüquqi əsaslandırılması, məqsədi və sistemli təsirini təqdim edib. 

Konstitusiya qaydalarına yenidən baxılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, konstitusiya prinsipləri, hüquqi proqnozlaşdırma və qanunun aliliyinin gücləndirilməsi ilə bağlı şərhlər və təkliflər verilib. Baş nazir Paşinyan müvafiq qurumlar arasında birgə işin səmərəliliyinin artırılmasının, eləcə də islahatların davamlılığını təmin etmək üçün davam edən işlərin əlaqəli və ahəngdar şəkildə təşkilinin vacibliyini vurğulayıb.

Pərvanə Sultanova

 





23.12.2025    çap et  çap et