525.Az

ABŞ daha bir qayığı vurdu - ölən var


 

ABŞ daha bir qayığı vurdu - <b style="color:red"> ölən var</b>

ABŞ Karib dənizi və Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılığında iştirak edən qayıqlara qarşı əməliyyatlarını davam etdirir.

525.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.

Açıqlamada bildirilib ki, ABŞ-ın müdafiə naziri Pit Heqsetin əmri ilə hərəkət edən xüsusi qrup daha bir qayığa hücum edib:

“Bu əməliyyat zamanı bir narko-terrorçu öldürülüb və heç bir ABŞ hərbi qulluqçusu zərər görməyib”.

İsgəndər Həsənov

 





23.12.2025    çap et  çap et