ABŞ-nin Kaliforniya ştatının şimalında leysan yağışlar güclü daşqınlara səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, çayların məcrasından çıxması üzündən minlərlə insan ölüm təhlükəsi ilə üz-üzə qalıb.
Evlərindən və avtomobillərindən çıxa bilməyənlər ümidlərini xilasedicilərə bağlayıblar. Son məlumata görə, 18 nəfərin həyatını itirdiyi məlumdur. Ölü sayının xeyli artacağı istisna olunmur. Üstəlik, sinoptiklər vəziyyətin daha da pisləşəcəyi barədə bədbin proqnoz veriblər.
Qeyd edək ki, təbii fəlakət zonasında 30 milyon insan məskunlaşıb. İndiki vəziyyətdə minlərlə insan təxliyə olunub.
L.Tağıyeva
çap et