525.Az

Roma Papasından dünyada 24 saatlıq atəşkəs çağırışı


 

Roma Papasından dünyada <b style="color:red"> 24 saatlıq atəşkəs çağırışı</b>

Vatikan dövlətinin başçısı Papa XIV Leo Milad bayramını qeyd etmək üçün bütün dünyada, xüsusən də Rusiya-Ukrayna münaqişəsində 24 saatlıq atəşkəs elan etməyə çağırıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Roma Papası bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Məni həqiqətən kədərləndirən şeylərdən biri Rusiyanın Milad atəşkəsindən imtina etməsidir. Bir daha bütün xoşməramlı insanlara müraciət edirəm: heç olmasa İsanın doğum günü qeyd edilən bu gündə Ukraynada və bütün dünyada 24 saatlıq atəşkəs elan olunsun”, - deyə XIV Leo bildirib.

Yaxın Şərqdəki, xüsusən də Qəzzadakı vəziyyətlə bağlı suala cavab olaraq isə Papa deyib:

“Onlar hələ də çox kövrək bir vəziyyətin ortasında bayramı qeyd etməyə çalışırlar. Ümid edirik ki, sülh müqaviləsində irəliləyiş əldə ediləcək”.

İbrahim Cəfərov

 





24.12.2025    çap et  çap et