ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhəri yaxınlığındakı qocalar evində ardıcıl iki partlayış olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışlar işçilər qaz sızmasını yoxlayarkən baş verib. İlkin məlumatlara görə, iki nəfər həlak olub.
Həmçinin, partlayışlar nəticəsində binanın bir hissəsi uçub, 5 nəfər isə itkin düşüb.
Axtarış və xilasetmə əməliyyatları davam edir.
İbrahim Cəfərov
çap et