Ermənistanın "Run Oil" şəbəkəsinin yanacaqdoldurma məntəqələri Azərbaycandan tədarük edilən yanacağın satışına başlayıb.
525.az “Vestikavkaza” istinadən xəbər verir ki, Ermənistanda yalnız iki şirkət Azərbaycan benzini satacaq. Bunlardan biri 600 ton benzin alan “Mega Trade” şirkətidir.
“Ran Oil” şəbəkəsinin yanacaqdoldurma məntəqələrində “Aİ-95” markalı benzinin litri 430 drama (1,93 AZN) satılır.
Şirkətin direktoru Karen Hayriyan jurnalistlərə bildirib ki, ölkənin regionundan asılı olmayaraq, benzinin 1 litr üçün qiyməti 430 dram (1,13 dollar) təşkil edir. Bundan əlavə, hazırkı qiymət ilkin olaraq elan edilən 440 dramdan (1,16 dollar) daha aşağıdır.
Pərvanə Sultanova
çap et