525.Az

“Aİ Ukrayna münaqişəsinə iqtisadiyyatı naminə qarışıb” -  Orban


 

“Aİ Ukrayna münaqişəsinə iqtisadiyyatı naminə qarışıb” - <b style="color:red"> Orban</b>

“Avropa İttifaqı hərbi sənayenin hesabına iqtisadiyyatının inkişafını stimullaşdırmaq üçün Ukraynadakı münaqişəyə qoşuldu”.

525.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib. 

Hökumət rəhbəri Aİ liderlərinin Ukrayna-Rusiya müharibəsinə qarışmasını səhv qərar adlandırıb. Onun sözlərinə görə, bunun qarşısını almaq olardı.

Orban əvvəllər dəfələrlə bildirib ki, Aİ ölkələri müdafiə qabiliyyətlərini gücləndirməli və hərbi sənayelərini inkişaf etdirməlidirlər, lakin bu, Ukraynanın maraqları naminə deyil, öz təhlükəsizlikləri naminə edilməlidir.

Pərvanə Sultanova

 





24.12.2025    çap et  çap et