525.Az

Ermənistanda kilsə torpaq mülkiyyəti hüququndan məhrum ediləcək


 

Ermənistanda kilsə torpaq mülkiyyəti hüququndan məhrum ediləcək<b style="color:red"></b>

Ermənistan hökuməti erməni apostol kilsəsini pulsuz torpaq sahələri almaq hüququndan məhrum etmək niyyətindədir.

525.az xəbər verir ki, Torpaq Məcəlləsinə nəzərdə tutulan düzəlişə görə kilsə torpaqdan yalnız pulsuz istifadə hüququnu saxlayacaq.

Əgər qanun layihəsi 25 dekabrda keçiriləcək hökumətin iclasında təsdiqlənərsə, baxılması üçün parlamentə təqdim ediləcək. Dəyişikliklərin qəbul edilməsi ilə Torpaq Məcəlləsində apostol kilsəsinin kilsə torpaqları üzərində mülkiyyət hüququ ləğv ediləcək. Bu cür torpaq sahələrinin kilsəyə istifadə üçün pulsuz verilməsini tənzimləyən maddə isə saxlanılacaq.

Pərvanə Sultanova

 





24.12.2025    çap et  çap et