525.Az

Tayvanda 6.1 bal gücündə zəlzələ olub


 

Tayvanda 6.1 bal gücündə <b style="color:red"> zəlzələ olub</b>

Tayvanın cənub-şərqində yerləşən Taytung bölgəsində 6.1 bal gücündə zəlzələ olub.

525.az xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteorologiya Bürosu (CWA) məlumat yayıb.

Episentri Taytung şəhər mərkəzindən 10,1 kilometr şimalda yerləşən zəlzələ 11,9 kilometr dərinlikdə qeydə alınıb.

Yeraltı təkanlar Hualian və Pintung bölgələrindəki yaşayış məntəqələrində də güclü hiss olunub.

Zəlzələdən sonra heç bir tələfat və ya dağıntı qeydə alınmayıb.

İbrahim Cəfərov

 





24.12.2025    çap et  çap et