525.Az

Tehranda futbola çirkli hava maneəsi


 

Tehranda futbola çirkli hava maneəsi<b style="color:red"></b>

İranın paytaxtı Tehranda hava çirkliliyinə görə futbol matçları təxirə salınıb.

525.az xəbər verir ki, bu barədə Tehran Vilayəti Futbol Federasiyasının Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu günə planlaşdırılan bütün futbol matçları Tehranda hava çirkliliyinin artması səbəbindən təxirə salınıb.

Qərarın bir hissəsi olaraq, təkcə oyunlara deyil, məşqlərə də icazə verilməyib.

Hava Keyfiyyətinin Monitorinqi Şirkəti tərəfindən aparılan ölçmələrə görə, bu gün Tehranda hava çirkliliyi 149 mikroqram/kubmetr olub.

Qeyd edək ki, bir kubmetr havadakı hissəcik maddələrinin miqdarına (PM10) görə təyin olunan hava keyfiyyəti indeksi aşağıdakı kimi təsnif edilir:

"0-50 "təmiz hava" (yaşıl), 51-100 "orta" (sarı), 101-150 "həssas" (narıncı), 151-200 "sağlam olmayan" (qırmızı), 201-300 "pis" (bənövşəyi), 301-500 "təhlükəli" (qəhvəyi)".

İbrahim Cəfərov

 





24.12.2025    çap et  çap et