525.Az

ABŞ-də atışma – polis əməkdaşı öldürülüb


 

ABŞ-də atışma – polis əməkdaşı öldürülüb<b style="color:red"></b>

ABŞ-nin Delaver ştatındakı Avtomobil Nəqliyyatı Departamentinin (DMV) binasında silahlı atışma baş verib.

525.az xəbər verir ki, bu barədə Delaver ştat polisinin açıqlamasında bildirilib. Atışma zamanı polis əməkdaşı öldürülüb.

Qeyd olunub ki, atışma Vilminqton şəhərinin Hessler prospektindəki DMV binasında baş verib. Müştəri olan 44 yaşlı kişi zabitin işlədiyi qəbul masasına yaxınlaşaraq atəş açıb.

Təcavüzkar da polis əməkdaşı tərəfindən vurulub.

Hadisə ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

 





24.12.2025    çap et  çap et