525.Az

Çində şagirdləri daşıyan mikroavtobus gölə düşdü - 8 ölü


 

Çində şagirdləri daşıyan mikroavtobus gölə düşdü - <b style="color:red"> 8 ölü</b>

Çinin cənub-şərqində, Şanxaydan təxminən 480 kilometr qərbdə yerləşən Pengze rayonunda ağır yol qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bağça şagirdlərini daşıyan mikroavtobus gölə düşüb. Nəticədə uşaqlar və sürücü də daxil olmaqla 8 nəfər həlak olub.

Yerli mətbuat bağça müdirinin idarə etdiyi mikroavtobusun idarəetməni itirərək gölə düşməsini yazıb. Qəza baş verən yer kiçik gölməçələr və bir-birinə bağlı çaylarla əhatə olunmuş kənd ərazisidir. Qəza yağışlar səbəbindən sürüşkən olan yolun enişli hissəsində baş verib.

Qəza ilə bağlı araşdırma aparılır.

İbrahim Cəfərov

 





24.12.2025    çap et  çap et