525.Az

Azərbaycan bankları 11 ayda "Bloomberg" ticarət sistemində 3 500-ə yaxın əqd bağlayıb


 

Azərbaycan bankları 11 ayda "Bloomberg" ticarət sistemində 3 500-ə yaxın əqd bağlayıb<b style="color:red"></b>

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan bankları "Bloomberg" ticarət sistemində 61,8 milyard manat məbləğində 3 482 ədəd əqd bağlayıb.

525.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 11 ayda banklararası repo bazarında isə 3 milyardlıq 287 əqd bağlanılıb.

"Hesabat dövründə banklararası bazarın həm təminatsız, həm də təminatlı sektorunda aktivlik yüksək olaraq qalıb", - deyə məlumatda qeyd olunub.

 





25.12.2025    çap et  çap et