525.Az

ABŞ bu il Ukraynaya yardımı kəskin azaldıb


 

ABŞ bu il Ukraynaya yardımı <b style="color:red"> kəskin azaldıb</b>

2025-ci ildə ABŞ höküməti Ukraynaya ayırdığı maliyyə yardımını kəskin azaldıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən illə müqayisədə azalma 77 dəfədən çoxdur.

Belə ki, əgər 2024-cü ildə Ukraynaya ayrılan maliyyə yardımı 45,7 milyard dollar idisə, bu il həmin rəqəm cəmi 580 milyon dollar olub.

Qeyd edək ki, gələn il ABŞ-nin Ukraynaya silah alınması üçün 400 milyon dollar ayırması nəzərdə tutulub. Bu rəqəmin 2027-ci il üçün dəyişməz qalacağı bildirilir.

L.Tağıyeva

 





25.12.2025    çap et  çap et