525.Az

Latviya 14 rusiyalı idmançını arzuolunmaz şəxs elan etdi


 

Latviya 14 rusiyalı idmançını arzuolunmaz şəxs elan etdi<b style="color:red"></b>

Latviya hökuməti 14 rusiyalı idmançını persona-non-qrata elan edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Bayba Braje sosial şəbəkə hesabında paylaşım edib.

"Mən Rusiya Federasiyasının 14 vətəndaşının arzuolunmaz şəxs elan olunması barədə qərar qəbul etdim. Onlar Latviya ərazisinə qeyri-müəyyən vaxta kimi daxil ola bilməzlər. Qərarımı immiqrasiya haqqında qanunun 61-ci bəndinin 2-ci hissəsinə əsasən vermişəm", - deyə nazir statusunda bildirib.

İdmançıların hansı səbəbdən persona-non-qrata elan olunması, həmçinin, onların kimliyi açıqlanmır. Amma Brajenin statusunda göstərdiyi maddəyə əsasən demək olar ki, onların respublikada qarmaqarışıqlıq salması və ya dövlət təhlükəsizliyinə təhlükə yaratması ehtimalı mümkün idi.

Yeri gəlmişkən, bundan bir müddət əvvəl Latviya hökuməti aralarında tanınmış şəxslər və mədəniyyət xadimləri olan 150-ə yaxın Rusiya vətəndaşı haqqında da eyni qərarı qəbul etmişdi.

L.Tağıyeva

 





25.12.2025    çap et  çap et