525.Az

"Dərsə gedən" bir ayı


 

"Dərsə gedən" bir ayı<b style="color:red"></b>

Hindistanda ayı məktəblərdən birinə hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Uttarkhand ştatında, Harikanşar məktəbində baş verib. 

Sinif otaqlarından birinə soxulan vəhşi 6-cı sinif şagirdini yaxalayaraq meşəlik əraziyə aparmaq istəyib. Lakin müəllim və şagirdlərin səyi nəticəsində onu buraxaraq qaçıb. Ciddi xəsarətlər alan uşaq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yerli hakimiyyət orqanları yaşananlardan sonra ayının axtarışına başlayıblar. Həmçinin, ayı ələ keçənədək valideynlərdən uşaqlarını baxımsız qoymamaları tövsiyə olunub.

L.Tağıyeva

 





25.12.2025    çap et  çap et