525.Az

“Tramp 2025-ci ildə 8 müharibəyə son qoyub” - ABŞ Dövlət katibi


 

“Tramp 2025-ci ildə 8 müharibəyə son qoyub” - <b style="color:red"> ABŞ Dövlət katibi</b>

ABŞ Dövlət katibi Marko Rubio Donald Tramp administrasiyasının 2025-ci ildə 8 müharibəyə son qoyduğunu bildirib.

525.az xəbər verir ki, Ağ Ev Rubionun Tramp administrasiyasının 2025-ci illə bağlı qiymətləndirməsini sosial media hesabında paylaşıb.

Rubio 2025-ci ildə başa çatan münaqişələrə misal olaraq Hindistan və Pakistan, Kamboca və Tayland, eləcə də Azərbaycan və Ermənistan arasındakı münaqişələri göstərib.

Qəzza məsələsində də əhəmiyyətli irəliləyişlər əldə edildiyini bildirən Rubio deyib: "Prezident Donald Tramp müdaxilə etdi, müharibəyə son qoydu və uzunmüddətli sabitlik və təhlükəsizlik üçün plan hazırladı".

ABŞ prezidentinin Avropa səfərləri zamanı NATO-ya üzv ölkələrin müdafiə xərclərini 2 faizdən 5 faizə qaldırdığını qeyd edən Rubio, Tramp administrasiyasının sərhəd təhlükəsizliyinin təmin edilməsində və qanunsuz miqrantların ölkələrinə geri göndərilməsində mühüm rol oynadığını bildirib.

İbrahim Cəfərov

 





25.12.2025    çap et  çap et