525.Az

Qara Qarayev “Araz-Naxçıvan”dan getdi


 

Qara Qarayev “Araz-Naxçıvan”dan getdi<b style="color:red"></b>

Qara Qarayev “Araz-Naxçıvan”dan ayrılıb.

525.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada deyilir:

“Təcrübəli yarımmüdafiəçi Qara Qarayev klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Futbolçunun müraciətini nəzərə alan klub rəhbərliyi ona xidmətlərinə görə təşəkkür edib, onunla mövsümün sonuna qədər olan müaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib”.

Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi.

 





25.12.2025    çap et  çap et