525.Az

“TRIPP çərçivəsində işlərə gələn ilin ikinci yarısında başlanacaq” - Paşinyan 


 

“TRIPP çərçivəsində işlərə gələn ilin ikinci yarısında başlanacaq” - <b style="color:red"> Paşinyan </b>

“Biz 2026-cı ilin ikinci yarısında TRIPP ("Tramp marşrutu") çərçivəsində işlərin görülməsinə başlayacağıq”. 

525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə deyib.

O, layihə çərçivəsində ilk işlərin dəmir yolunun tikintisi ilə bağlı olacağını deyib:

"Bizim fikrimizcə, dəmir yolu birinci olmalıdır, çünki müvafiq marşrutlar bu hissədə əvvəl fəaliyyət göstərib".

O, qaz və neft kəməri layihəsinin planlaşdırılandan daha tez başa çatacağı ehtimalını istisna etməyib.

Baş nazir layihə çərçivəsinin hazırda formalaşdırıldığını və Ermənistan və ABŞ-ın müvafiq sənədi imzalamağa hazırlaşdığını, bundan sonra TRIPP layihəsinin növbəti mərhələsinin başlayacağını bildirib.

Pərvanə Sultanova

 





25.12.2025    çap et  çap et