525.Az

Bank əmanətçilərinin depozit gəlirləri 1.2 mlrd. manata yaxınlaşıb


 

Bank əmanətçilərinin depozit gəlirləri 1.2 mlrd. manata yaxınlaşıb<b style="color:red"></b>

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 1 milyard 164.2 milyon manat təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 43.1% və ya 350.8 milyon manat artıb. 2024-cü ilin müvafiq dövründə banklar 813.4 milyon manat depozit faizi ödəyiblər.

Qeyd edək ki, cari il dekabr ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.7% artaraq 37 milyard 202 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 4 milyard 554.2 milyon manat faiz gəliri əldə ediblər.

 





26.12.2025    çap et  çap et