525.Az

Kaxaber Tsxadadze 4 oyunluq cəzalandırıldı


 

Kaxaber Tsxadadze 4 oyunluq cəzalandırıldı<b style="color:red"></b>

AFFA "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadzeni cəzalandırıb.

525.az xəbər verir ki, qurumun İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib. 

Mütəxəssis Misli Premyer Liqasının 16-cı turunda “Qarabağ”la oyunda (1:2) hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəza alıb. “Qəbələ” isə 10000 manat cərimələnib.

Xatırladaq ki, Tsxadadze ötən ildən "Qəbələ"ni çalışdırır. 

 





26.12.2025    çap et  çap et