525.Az

Dələduzluqda təqsirləndirilən hüquq müdafiəçisi barəsində hökm ləğv edilib


 

Dələduzluqda təqsirləndirilən hüquq müdafiəçisi barəsində hökm ləğv edilib<b style="color:red"></b> Bakı Apellyasiya Məhkəməsində İnsan Hüquq və Azadlıqlarının Müdafiə Təşkilatının dələduzluqda təqsirləndirilən sədri, hüquq müdafiəçisi Rasim Əlizadənin apellyasiya şikayəti əsasında məhkəmə  prosesi keçirilib.
 
APA-nın məlumatına görə, prosesdə R. Əlizadə barəsində olan hökm ləğv edilib və iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.
 
Qeyd edək ki, R. Əlizadə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə ittiham edilir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan R. Əlizadə apellyasiya şikayəti verib.
 
 





02.02.2015    çap et  çap et