525.Az

Braziliyada təyyarə qəzası


 

Braziliyada təyyarə qəzası<b style="color:red"></b>

Braziliyanın Rio-de-Janeyro ştatının yaxınlığında reklam pankartı daşıyan “Cessna 170A” ultra yüngül təyyarə dənizə düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində bir pilot həlak olub.

Pilotun meyiti şəxsiyyətinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.

Digər mümkün qurbanların və təyyarənin qalıqlarının tapılması istiqamətində işlər davam etdirilir.

Braziliya Hərbi Hava Qüvvələri qəza ilə bağlı araşdırmaya başlayıb.

İbrahim Cəfərov

 





29.12.2025    çap et  çap et