525.Az

Roma papasından Ukraynaya şorba yardımı


 

Roma papasından Ukraynaya şorba yardımı<b style="color:red"></b>

Roma papası XIV Lev Ukraynaya 3 yük maşını tez hazırlanan şorba göndərib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə papanın mətbuat xidməti məlumat yayıb.

Toyuq əti və tərəvəzdən hazırlanmış 100 min paket şorbadan ibarət yardım Müqəddəs Ailə Günü münasibətilə ayrılıb və Ukraynanın cəbhəyə yaxın yaşayış məntəqələrinin sakinləri üçün nəzərdə tutulub.

Qeyd edək ki, dekabrın 28-i Katolik kilsələrində Müqəddəs Ailə Günü kimi qeyd olunur. Bu bayram İsa, Məryəm və İosifdən ibarət müqəddəs ailəyə həsr edilib.

L.Tağıyeva

 





29.12.2025    çap et  çap et