525.Az

İsveçdə güclü qasırğa ciddi problemlər yaradıb


 

İsveçdə güclü qasırğa ciddi problemlər yaradıb<b style="color:red"></b>

İsveçdə tüğyan edən "Yuhannes" qasırğası ciddi fəsadlar törədib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 3 nəfər həyatını itirib, onlarla insan xəsarət alıb.

Bəzi yerlərdə küləyin sürəti saniyədə 45 metrə çatıb. Kökündən çıxmış ağaclarının aşması nəticəsində yollar bağlanıb. Dəmir yollarında, havada və suda hərəkət dayandırılıb. 45 mindən çox ev elektrik enerjisisiz qalıb. 

Qeyd edək ki, "Yuhannes" qonşu Norveç və Finlandiya ərazilərində də xeyli dağıntılara səbəb olub. Qasırğanın nə zaman sakitləşəcəyi barədə dəqiq məlumat verilmir.

L.Tağıyeva

 





29.12.2025    çap et  çap et