525.Az

Nigeriyada 2 partlayış - 10 nəfər həyatını itirdi


 

Nigeriyada 2 partlayış -<b style="color:red"> 10 nəfər həyatını itirdi</b>

Nigeriyanın Zemfara ştatında naməlum şəxslər 2 partlayış törədiblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 10 nəfər həyatını itirib.

Əldəqayırma partlayıcı qurğular Maykoqo və Mayayyayya kəndlərini birləşdirən yolda quraşdırılıb. Birinci partlayış motosikletin bombaya toxunması nəticəsində baş verib və 4 nəfər ölüb. Digər bombaya isə yük avtomobilinin qoşqusu düşüb. Bu dəfə isə 5 nəfər həyatını itirib. Daha bir qadın həyəcandan yolun hərəkət istiqamətinə çıxıb və başqa avtomobil onu vurub.

Qeyd edək ki, Nigeriyada bu tip hadisələr adi hala çevrilib. Dekabrın əvvəlində 7 nəfər  Borno ştatındakı məscidlərin birində törədilmiş partlayışın qurbanı olmuşdu.

L.Tağıyeva

 





29.12.2025    çap et  çap et